Aorta Qapağının Dəyişdirilməsi Üçün ÜsullarProf. Dr. Tayfun Aybek Yaradıldı: 2018-05-14 09:36:53
Baxış Sayı: 8699

Aorta Qapağının Dəyişdirilməsi Üçün Üsullar

Bu gün, Aorta Qapağının Dəyişdirilməsi 3 müxtəlif yolla həyata keçirilir: Açıq Ürək Əməliyyatı, böyük kəsi (Sternotomi), Qoltuqaltından Qapalı Ürək Əməliyyatı (3 və ya 4 sm dəri kəsisi ilə) və TAVI Üsulu.

Aorta Qapağının Dəyişdirilməsi Üçün Üsullar

Aora Qapağının Dəyişdirilməsi yəni əvəzedilməsi üç müxtəlif üsulla həyata keçirilir:

  • Açıq Ürək Əməliyyatı, böyük kəsi (Sternotomi)
  • Qoltuqaltından Qapalı Aorta Qapağı Əvəzedilməsi və ya Təmiri (3 və ya 4 sm dəri kəsisi ilə)
  • TAVI (Transfemoral Aortic Valve Implantation) Üsulu

1-ci Üsul: Klassik açıq ürək əməliyyatı üsulu

2-ci Üsul olan qoltukaltından qapalı ürək əməliyyatı 3-4 sm-lik kəsidən gündəlik cərrahi həyata daxil olmuş bir üsuldur. Kəsinin kiçik ölçüsü səbəbindən xəstələr tərəfindən daha çox üstünlük verilir, lakin həmişə olduğu kimi, son qərar həkim tərəfindən verilir. Burada ürək qapağı tamamilə çıxarılır və metal və ya bioloji bir qapaq ilə əvəz olunur. Əməliyyatın müddəti olduqca qısadır. Təxminən 1,5-2 saat davam edir. Bu əməliyyatda köhnə əhəngli qapaq çıxarılır və bütün əhəng təmizlənir. Yerinə qapaq tikilir və yerləşdirilir. Buna görə ürək və ağciyər maşınına ehtiyac var. Qapalı üsulda, tətbiq edildiyi yerdən asılı olaraq, sümük kəsisi yoxdur və ya yalnız 3-4 sm kəsilir. Əməliyyat sonrası 5 gün yatılır və xəstə 10 gün içərisində ev xaricinə çıxa bilir. Metal qapak taxıldıqda, xəstənin ömür boyu başqa qapaq dəyişdirməyə ehtiyacı yoxdur. Bioloji qapağa xəstə tərəfindən üstünlük verilsə, 10-15 il sonra qapağı təkrar dəyişdirmək və daha çətin bir əməliyyatla üzləşmək lazımdır. Bu səbəblə bu metal qapağa xəstələr tərəfindən daha çox üstünlük verilir. Burada yenə də xəstənin səçimi həkimin səçiminin önüne keçə bilməz və xəstənin tibbi vəziyyətinə görə bir qapağın taxılmasının lazım olduğu hallar vardır. Metal qapağın ən böyük əlverişsizliyi, xəstələrin ömür boyu qan durulducu bir dərman olan Warfarin (Coumadin, Marcumar və s.) istifadə etməsi zəruriliyidir. Bu qan durulducu dərmanı optimal olaraq tənzimləmək üçün hər ay INR testi (yəni, qanın nə qədər durulduğunun təsbit edilməsi) tələb olunur. Bu səbəblə xəstələr hər ay ya da tez-tez xəstəxanaya gitməli, INR testindən keçməli və dərman dozasını tənzimləmək üçün həkim tərəfindən müayinə edilməlidir. Bu günün texnologiyasında, evdə istifadə edilən alətlərin istehsal və fəaliyyətinə başlandı. Bu cihazlar ilə INR testi indi bir damla qan ilə evdə belə keçirilə bilər və hətta mobil tətbiq üzərindən həkim ilə anlıq əlaqə saxlana bilər və dərman dozasının tənzimlənməsi təmin edilə bilər. (Baxın; Uzaqdan Xəstə İzləmə Sistemləri).

3-cü Üsul, TAVI üsulu, son illərdə inkişaf etdirilmiş bir metoddur. Bu üsulda döş qəfəsi heç açılmaz, qasıqdan daxil olunarak aorta qapağı bioloji bir qapaq ilə dəyişdirilir. Həmçinin TAVI üsulunda Ürək və Ağciyər maşınına ehtiyac olmadan, bir stent içinə yerləşdirilmiş bioloji aorta qapağı xəstələrə taxılır. Xəstələrin öz qüsurlu orijinal aorta qapağı, cərrahi üsullarda olduğu kimi çıxarılmaz, əksinə stentli qapaq ilə sıxışdırılaraq içində buraxılır. Bu üsulun əsas üstünlüyü tamamilə qapalı bir üsul olması və ürək ağciyər maşınına ehtiyac olmamasıdır. Ancaq bu üsulda da ciddi mənfi cəhətlər mövcuddur. TAVI üsulunda yalnız bioloji aorta qapağı yerləşdirilə bilər. Bioloji qapaq uzun müddətdən sonra pozulur (denatürasiya) və yenidən dəyişdirilməsi lazım ola bilər. TAVI üsulu tətbiq edilərkən bəzi komplikasyonlar baş verə bilər. Məsələn, “qapaq qayması” və ya yerinə tam olaraq yerləşməməsi kimi hallarda təcili və ya planlaşdırılmış açıq ürək əməliyyatı tələb oluna bilər. Qapaq tam yerləşsə belə "Paravalvüler Leak" dediyimiz, qapaq kənarından qan sızması vəziyyəti baş verə bilər. Bu vəziyyətdə, xəstələr gələcəkdə açıq ürək əməliyyatına məruz qala bilər. TAVI metodu tətbiq olunarkən yeni qapağın köhnə qapaq üzərinə yerləşdirilməsi əsnasında, orijinal və əhənglənmiş qapaq ümumiyyətlə yırtılır, bu yırtılma əsnasında beyin damarlarına laxta atma (emboli) vəziyyətləri, digər cərrahi üsullara nisbətən daha çox baş verir (1). TAVI metodunda qasıq üzərindən yeni qapaq ürəyə qədər uzadılan bir kateter ilə yerləşdirilir. Bu səbəblə qasıq damarlarının, qarın damarlarının uyğun diametrdə olması, əhənglənmiş olmaması lazımdır. Əks halda bu damarların yırtılması (cırılması) baş verə bilər və təcili şərtlərdə qarın (Abdomen) açılaraq, bu damarın təmir edilməsi lazım olur. TAVI əməliyyatı əsnasında ürək anginoqrafiya müayinəsi tətbiq olunmaqdadır. Klinikamızda çox bahalı bir metod olan TAVI metodunu yalnız çox yüksək riskli xəstələrdə istifadə edirik. Başqa sözlə, çox yaşlı və əlavə xəstəliklərə sahib olan, açıq və ya qapalı əməliyyata uyğun olmayan xəstələri bu yolla müalicə edirik.

Aorta qapaq əməliyyatı keçirəcək xəstələr, bütün bu metodları özünə görə qıymətləndirməli ve qərar verməlidir. Hər 3 metodda da əməliyyatı tətbiq edən həkimin və qrupunun təcrübəsi çox önəmlidir. Xəstəxananın imkanları, TAVI metodunda cərrahi qrupun iştirakı və bu qrupun təcrübəsi əməliyyatın nəticəsi baxımından böyük rol oynayır. Hər bir metodun üstünlükləri və əlverişsizlikləri olmasına baxmayaraq, aorta qapaq darlığı (stenozu) və ya sızması (çatışmazlığı) ciddi bir xəstəlikdir və mütləq müalicə olunmalıdır. Əks halda, xəstələr ürək çatışmazlığı, laxtalanma (emboli) və ölümə getirib çıxara biləcək nəticələrə məruz qala bilərlər.

Qaynaqlar :

1) Neurologic Complications of Unprotected Transcatheter Aortic Valve Implantation (from the Neuro-TAVI Trial). Am J Cardiol. 2016 Nov 15;118(10):1519-1526 Am J Cardiol. 2016 Nov 15;118(10):1519-1526


Bu poçt bundan əvvəl Prof. Dr. Tayfun Aybek tərəfindən yazılmış və 8699 dəfə baxılmışdır.


Şərhlər

Yüklənir...


Əlaqəli Məqalələr